Qəzaya düşən ANS aparıcısı danışdı

Xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılan ANS televiziyasının keçmiş aparıcısı Natiq Nailəoğlunun ağır yol qəzasına düşüb.

Metbuat.az –a açıqlama verən Natiq Nailəoğlu hadisənin Türkiyədə baş verdiyini deyib:

“Döngədə olduğum üçün faytonu görmədim və arabaya çırpıldım. Atların üzərimdən keçməməsi üçün özümü yerə atarkən, dərədən yuvarlandım. Sağ olsunlar, ərazidə olanlar mənə kömək etdilər. Əziklərlə canımı qurtara bildim. Hadisə zamanı burnum, qolum və ayağım əzilib. Bir neçə gün çəkilişlərə ara verməli oldum. Səhhətimlə maraqlanan hər kəsə çox sağ ol deyirəm. Artıq hər şey yaxşılığa doğru gedir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR