Türkiyə millisi qələbə qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarışlar davam edir.

Metbuat.az-ın məlumatına görə, “B” qrupunda Türkiyə və İraqın kişi həndbolçuları qarşılaşıblar. Birinci hissədə iraq idmançıları üstün olsa da (19:17), yekun nəticə türkiyəlilərin xeyrinə olub - 35:33.

Türkiyənin qadın həndbolçuları isə kamerunlu rəqiblərini 33:31 hesabı ilə məğlubiyyətə uğradıblar.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR