"Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır

"Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır
15:17 10 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildən sonra da postunda qalmaq fikrindədir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai" radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb.

"2018-ci ildə baş nazir kimi qalmağa və respublika rəhbəri olmağa hazırsınızmı" sualına Karapetyan düşünmədən "Bəli, hazıram" deyə cavab verib. 

Xatırladaq ki, Sarkisyanın əsas məqsədi dövlət daxilində aparılan dəyişikliklərdən sonra baş nazir postunu tutmaqla bütün hökümət sistemini ələ keçirməkdir. Karapetyanın bu çıxışından sonra, onunla Sarkisyan arasında çəkişmələrin olacağı gözlənilir. 

Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR