Türkiyədə ağır qəza: azərbaycanlılar yaralandı

Türkiyədə ağır qəza: azərbaycanlılar yaralandı
15:17 10 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi "Mitsubihi" markalı avtomobil qəzaya düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycandan İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
 
F. İbraşimovun idarəetməni itirməsi nəticəsində avtomobil aşıb, yoldan çıxaraq tarlaya devrilib. 40 metrə qədər sürüklənən avtomobildə olan F. İbrahimov və yanında olan Zaur Ramazanov xəsarət alıb. Onlar Osmancıq Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR