Əgər tekila içsəniz, bundan XİLAS OLARSIZ

Əgər tekila içsəniz, bundan XİLAS OLARSIZ
15:18 10 May 2017
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər kövrək sümükləri bərkitməyin ən sadə yolunu tapıblar – tekila içmək.

Publika.az “The İndependent” qəzetinə istinadən bildirir ki, tekilanın tərkibində sümük toxumalarına yaxşı təsir edən kalsium və maqnizium mövcuddur.

Meksikalı həkim Mersedes Lopes bildirir ki, tekila sağlam mikrofloralı bağırsağa malik insanların orqanizmində hətta yeni sümük toxumalarının yaranmasına səbəb olur.

Hazırda mütəxəssislər tekilanın tərkibində olan Mesika kaktusundan dərman preparatları hazırlamağı planlaşdırırlar.

Qeyd edək ki, dünyada 200 milyon insan sümük kövrəkliyindən əziyyət çəkir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/198229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR