Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sürtkü materiallarının açıq müsabiqə ilə satınalınmasını elan edir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sürtkü materiallarının açıq müsabiqə ilə satınalınmasını elan edir
15:22 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sürtkü materiallarının (mühərrik yağları və s.) açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir:

Qurumdan Trend-ə verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üçün sürtkü materiallarının (mühərrik yağları və s.) alınması ilə bağlı 31.03.2017-ci il tarixdə elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb. Satınalma üzrə ilkin sənədlər 16.05.2017-ci il saat 17:00-dək, təklif zərflərinin isə 18.05.2017-ci il saat 17:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 19 may 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2752112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR