"Açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"

"Açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"
15:32 10 May 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

"Sözsüz ki, böyük tədbirlər, idman yarışları zamanı açılış mərasiminin xüsusi yeri var. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi də çox gözəl olacaq".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki,  I Avropa Oyunlarının açılış mərasimi ilə müqayisədə İslamiadanın açılış mərasimi bir qədər fərqli olacaq: "Şərq, müsəlman dünyası üçün əsas məqamlar, tarixi hadisələr IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində öz əksini tapacaq. Bir məsələni də qeyd edim ki, açılış mərasimindən sonra bütün idman yarışlarına biletlərin satışı yüksəlir".

Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakıda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR