İslamiada: 3 ölkə Bakıya gəlmədi

İslamiada: 3 ölkə Bakıya gəlmədi
15:44 10 May 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib. Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.
 
İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.
 
Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR