“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
15:47 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2622 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 600 metrdir. 
Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-nda-yeni-quyu-qazilir31245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR