III Dünya müharibəsinin başlama vaxtı açıqlandı - VİDEO

III Dünya müharibəsinin başlama vaxtı açıqlandı - VİDEO
16:03 10 May 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq haker qrupu “Anonymous” III Dünya müharibəsinin bu il, ya da 2018-ci ildə baş verəcəyini iddia edib.

Publika.az xəbər verir ki, qrup müharibənin səbəbinin Koreya böhranı olacağını bildirib.

“Koreya yarımadasında baş verə biləcək bir müharibənin izləri göründü. Ölkələrin strateji davrandığını görürük. Amma bu müharibə digər iki dünya müharibəsindən fərqli, daha vəhşi və qanlı olacaq”, - haker qrupunun bəyanatında deyilir.

Bildirilir ki, döyüş yalnız ABŞ, Çin və Şimali Koreya arasında olmayacaq, bütün ölkələr müharibədə bu və ya digər tərəfdə iştirak etmək məcburiyyətində qalacaqlar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR