İslamidanın açılışı üçün 300-dən çox avtobus ayrıldı - FOTO

İslamidanın açılışı üçün 300-dən çox avtobus ayrıldı - FOTO
16:05 10 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının Sınaq Açılış zamanı Açılış və Bağlanış mərasimləri günü (12 və 22 may tarixlərində) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən xəbərə görə, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq, əlavə 90 ədəd avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb. Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun "Qara Qarayev" stansiyasının qarşısından X1 Express xətti, metronun "Gənclik" stansıyasının qarşısından X2 Express xətti, metronun "20 yanvar" stansiyasının qarşısından X3 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb. Saat 20:40-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş 3 Exspress xətt üzrə 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib.

Mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək ümumi olaraq 8500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun "Qara Qarayev",  "20 yanvar" və "Gənclik" stansiyalarına geri gətirilməsi təmin edilib. Görülən işlər çərçivəsində exspress xətlərdən istifadə edəcək sərinişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən  əvvəlcədən müəyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin edilib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR