​Sabah iki avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

Sabah “2” və “96” nömrəli avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.

Bunu Metbuat.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, IV İslam Həmrəylik Oyunları ilə əlaqədar sabah Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığındakı Atıcılıq Mərkəzinə gedən tamaşaçılar, könüllülər və texniki heyətin gediş-gəlişini rahat şəkildə təmin etmək üçün “2” və “96” nömrəli marşrut xətlərinin istiqaməti dəyişdiriləcək. Oyunlarla əlaqədar, avtobus xətlərinin istiqaməti həmin Atıcılıq Mərkəzinə kimi uzadılacaq.

Xəyalə Məmmədova / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR