"Azərenerji": Azərbaycanın elektroenergetika sistemi İslamiadaya tam hazırdır

"Azərenerji": Azərbaycanın elektroenergetika sistemi İslamiadaya tam hazırdır
16:12 10 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Bu gün Azərbaycanın elektroenergetika sistemi IV İslam Həmrəylik Oyunlarına tam hazırdır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, hazırda bütün elektrik stansiyaları normal iş rejimində çalışır: "Bu günlərdə təmir işlərini də saxlayacağıq. Yəni, enerji sistemi tam gücü ilə çalışacaq".
Qurum rəhbəri Nazirlər Kabinetinin "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında qərarına da münasibət bildirib: "Maliyyə Nazirliyi tərəfindən ödənişlərin mexanizmi bizə göndərilib. Burada xüsusi hesabların açılması ilə bağlı müzakirələr aparılıb. Əlbəttə ki, bunlar hamısı qurumlar arasında 100% ödənişin həyata keçirilməsinə xidmət edir. Yəni, burada hansısa qurumun səlahiyyətlərinin əlindən alınmasından, yaxud artırılmasından söhbət getmir".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerenerji-azerbaycanin-elektroenergetika-sistemi-i-slamiadaya-tam-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR