İntihar etdiyi deyilən qızı sevgilisi öldürübmüş - VİDEO - FOTO

İntihar etdiyi deyilən qızı sevgilisi öldürübmüş - VİDEO - FOTO
16:12 10 May 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kayseri şəhərində 5 gün əvvəl ov tüfəngi ilə intihar etdiyi deyilən 24 yaşlı Yüksel Yavuzun gənc sevgilisi tərəfindən öldürüldüyü ortaya çıxıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Kayseridə 5 may gecəsi sinəsindən ov tüfəngi ilə vurulan 24 yaşlı Yüksel Yavuz həyatını itirib, hadisə yerinə gələn polislər ilk etapda olayın intihar faktı olduğunu güman ediblər.

Daha sonra qızın sağ tərəfindən güllə yarası almağından şübhələnən Rayon Təhlükəsizlik İdarəsinin əməkdaşları istintaq prosesini davam etdiriblər. Aparılan araşdırma işləri nəticəsində qısa müddətdə hadisədə iştirakı müəyyən edilən 3 şübhəli təsbit edilərək nəzarətə alınıb. Şübhəlilərdən Yüksel Yavuzun sevgilisi O.Ç.-nin (23) hadisəni törətdiyi ortaya çıxıb. O.Ç. ilkin ifadəsində günahını etiraf edərək hadisənin qısqanclıq zəmnində baş verdiyini deyib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İntihar etdiyi deyilən qızı sevgilisi öldürübmüş


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR