Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?

Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?
16:12 10 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Avetisyan ailəsinin vəkilləri bu qərardan narazı qalıblar. Vəkil Erem Sarkisyanın sözlərinə görə, onlar buna imkan vermək niyyətində deyillər. 

Qalmaqallı qətl hadisəsi iki il öncə  -  2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində baş verib. Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü, o cümlədən körpə uşağı amansızcasına qətlə yetirib.

Ömürlük həbs cəzası alan rus hərbçinin cəzasını Rusiyada çəkəcəyi barədə məlumat bir sıra KİV-də yayılıb. Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan onun cəzasının təşkili ilə bağlı məsələ hələ müzakirə edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR