3 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı, amma sağ qaldı

3 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı, amma sağ qaldı
16:23 10 May 2017
164 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kemerovsk vilayətinin Kselevsk şəhərində üç yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaq yıxılarkən valideynləri də evdə olub. Valideynlərinin gözündən bir anlıq yayınan körpə pəncərənin kənarına həyətə baxmaq üçün çıxıb və oradan müvazinətini saxlaya bilməyib yıxılıb.

Valideynləri dərhal təcili yardım çağırıblar. Xoşbəxtlikdən uşaq sağ qalıb, amma çoxsaylı sınıq zədələri alıb.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR