Azərbaycanın Gürcüstandakı səfirliyində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Azərbaycanın Gürcüstandakı səfirliyində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
16:32 10 May 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 10 may. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxıblar.
Səfir Dursun Həsənov ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır: "İstər sovetlər dövründə, istərsə də SSRİ-nin süqutundan sonra ulu öndərimiz Azərbaycanın inkişafı, beynəlxalq əlaqələrinin möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm işlər görüb. Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzrum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihələrinin də müəllifi Heydər Əliyevdir".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ümummilli liderin Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin formalaşmasındakı və inkişafındakı xidmətlərini qeyd edib.
Sonra tədbirdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri, deputat Ruslan Hacıyev, Kvemo-Kartli bölgəsinin qubernatorunun birinci müavini Kaxaber Quqebaşvili, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə müdrik siyasi və dövlət xadimi olduğunu qeyd edib, Gürcüstan ilə bağlı həyata keçirdiyi tədbirlərdən və buölkədən keçən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ulu öndərin müəllifi olduğu layihələr gələcək nəsilin daha sağlam, qayğı və promlemsiz, sülh şəraitində yaşamaları üçün möhkəm zəmin yaradıb.
Çıxışlarda Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdiridiyi xüsusi qeyd olunub və bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü də iştirak edib.
Qeyd edək ki, bu gün səhər səfirliyin və konsulluğun, hərbi attaşe aparatının əməkdaşları, Gürcüstandakı Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkzindəki Heydər Əliyev parkındakı və Rustavi şəhərindəki abidəsi önünə əklil, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. 






Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycanin-gurcustandaki-sefirliyinde-heyder-eliyevin-anadan-olmasinin-94-cu-ildonumu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR