"Rusiya Azərbaycanın xətrinə dəyir"

"Rusiya Azərbaycanın xətrinə dəyir"
16:37 10 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq fikirlərini bəndlərlə aşağıdakı qaydada izah edib: "Birincisi, Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

İkincisi, mayın 9-da Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın "bayraqları" dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

Üçüncüsü, Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur, kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

Dördüncüsü, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər.

Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Deməli, elə erməni generalının dediyi kimidir".

E.Şahinoğlu hesab edir ki, Rusiya bu hərəkətləri ilə Azərbaycanı Moskvanın xoşuna gəlməyən addımlar atmağa vadar edir: "Biz Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik. Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq. Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə birincisi Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaqdan, ikincisi NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR