Attestat ala bilməyənlər imtahan verəcək

Attestat ala bilməyənlər imtahan verəcək
16:43 10 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün mayın 11-dən 13-dək eksternat imtahanları keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi(əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR