Azərbaycan bu il Eurovisionda

Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib.

Azərbaycanı yarışmada təmsil edən Diana Hacıyeva səhnəyə çıxaraq "Skeletons" mahnısını ifa edib. "Dihaj"ın ifası auditoriya tərəfindən maraqla qarşılanıb və o növbəti mərhələyə keçid qazanıb.Diananın çıxışı haqda isə həmkarları Metbuat.az-a danışdı:

Əməkdar artist Sevda Ələkbərzadə :

“Mən Diananın çıxışı çox bəyəndim. Onun özünəməxsus tərzi var və fərqlidir. Həm geyimi, həm ifası həm də şousu çox fərqlidir. Onu qalib görmək istəyirəm. Mən Portuqaliyanı çox bəyəndim. Onların da nömrəsi çox qeyri-adi idi. Gürcüstanı da bəyəndim ancaq finala keçmədi. Birinci yeri kimin tutacağını demək isə çox çətindir”


“Eurovision 2011”-in qalibi Eldar Qasımov:

“Mən ümumiyyətlə düşünürəm ki, bu ən yadda qalan nömrələrdən biri idi. Mənim Diananın, İsveçin, Kiprin və Avstraliyanın şoularını çox bəyəndim. Diana həqiqətən çıxışların arasında xüsusi seçilmişlərdəndir. İsveçi,Yunanıstanı və Avstriyanı Dianaya rəqib görürəm. Dünən yaxşı mahnılar az idi”

“Eurovision 2014”-da təmsilçimiz Dilara Kazımova:

“Açığı dünən yarışmanı izləyə bilmədim. Bəlkə də, biz artıq gedib-gəlmişik deyə yarışma marağını itirib. Lakin Diananın çıxışı izlədim. Bu il çox xoşuma gəldi. Səhnə quruluşu, Diananın geyimi və mahnısı çox gözəl idi. Diana özü də mənim dostumdur və onu birinci yerdə görmək istəyirəm. Sadəcə yarışmanı izləməmişəm deyə ona rəqib olacaq müğənniləri deyə bilmərəm. Lakin İsveçin ifaçısının uğurlu çıxış etdiyi deyilir. Həqiqətən də, İsveç hər il maraqlı və istedadlı müğənnilər göndərir. Diana isə dünən oxumağa başlayan bir insan deyil. Onun musiqi təhsili var və gözəl səsi var”


Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR