Qarabağda ölən erməni əsgərin meyiti tapılmır

Qarabağda ölən erməni əsgərin meyiti tapılmır
16:47 10 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Qarabağın şimal istiqamətində, Madagiz hərbi hissəsinin yaxınlığında yerləşən su anbarında boğulan erməni əsgərlərdən biri, 19 yaşlı Ruben Mnatsakanyanın cəsədi hələ də tapılmayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Armlur.am saytına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan bildirib. 

Onun sözlərinə görə, axtarış tədbirləri davam etdirilir. 

Xatırladaq ki, mayın 8-də əsgər Ruben Mnatsakan Barseğyan (1998-ci il), Rafayel Artur Bişaryan (1997-ci il) və Ruben Hovannes Mnatsakanyan (1998-ci il) avtomobillə su anbarına düşüb. Axtarış nəticəsində Ruben Barseğyan və Rafayel Bişaryanın cəsədləri tapılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR