Dövlət Xidmətindən ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Xidmətindən ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
16:47 10 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışıb. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrindən, hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və bu missiyanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən söz açıb.
Z.Abdullayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış və ən çətin anlarda ona müraciət edib. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-xidmetinden-umummilli-liderin-anadan-olmasinin-94-cu-ildonumu-munasibetile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR