“Hoqqa” filmi Moskavada nümayiş olundu - FOTOLAR

“Hoqqa” filmi Moskavada nümayiş olundu - FOTOLAR
16:48 10 May 2017
83 Şou
Ölkə mətbuatı
A- A+

Mayın 6-da Rusiyanın Moskva şəhərində “Hoqqa” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, bu barədə aktrisa Dilarə Əliyeva məlumat verib. Aktrisa bildirib ki, qaladan əvvəl yerli informasiya agentliklərinin iştirakı ilə mətbuat konfransı keçirilib:

“Mətbuat konfransından sonra “Hoqqa” filminin yaradıcı heyəti ilə tamaşaçıların görüşü baş tutdu. Görüşdə mənimlə yanaşı layihə rəhbəri Oqtay Əliyev, filminin baş prodüseri, ssenarist Fariz Əliyev, həmçinin Vüsal Murtuzəliyev iştirak edib. Daha sonra isə filmin nümayişi oldu, tamaşaçılar filmi böyük rəğbətlə qarşıladı”.

Sevilən aktrisa “Hoqqa”nın Moskvada nümayişi keçirilən ilk Azərbaycan kommersiya filmi olduğunu xüsusi vurğulayıb:

“Filmin Moskvada nümayişi Azərbaycan Rusiyadakı səfiliyi, eyni zamanda Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilib. Yaradıcı heyət adından xüsusilə Vüqar müəllimə və AMİİF-nun katibi Şamil Tağıya dərin təşəkkürümü bildirirəm".

O, ölkəmizin Rusiyadakı səfiri Poldad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə və yaradıcı insanlara hər zaman dəstək olmasının sevindirici hal olduğunu deyib.

Moskvadan çox gözəl təəssüatalarla qayıtdığını söyləyən D.Əliyeva nümayişdən sonra filmdəki bir çox reprikaların tamaşaçıların dilinə düşdüyünü də ifadə edib:

“Orada yaşayan həmyerlilərimiz çox sevinmişdi, qayıtqdan sonra mənə qala ilə bağlı “Nə yaxşı ki, gəldiniz”, “Özümüzü vətəndə hiss etdik” və bu kimi çoxsaylı mesajlar yazılmışdı. Moskvada yaşayan azərbaycanlılar onları yada saldığımız üçün çox şad olduqlarını bildirdilər. Necə deyərlər qərib diyarda yaşayan həmyerlilərimizin könlünü və zövqünü xoş edib geri qayıtdıq. Filmin baxışı isə Moskvada davam edəcək”.

D.Əliyeva Moskvada keçirilən qalada filmin baş rol ifaçısı və tərəf müqabili Elməddin Cəfərovun iştirak etməməsini aktyorun gərgin qrafiki izah edib: “Təəssüf ki, Elməddin Cəfərov çəkilişləri ilə bağlı qrafiki uyğun gəlmədi və qalada iştirak edə bilmədi”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/198257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR