"Qalatasaray"dan Arda Turan bombası - Geri dönür?

"Qalatasaray"dan Arda Turan bombası - Geri dönür?
16:52 10 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Arda Turanı heyətinə qataraq transfer bombasını partlatmaq istəyir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu yetirməsi olan futbolçunu "Barselona"dan icarəyə götürmək niyyətindədir.

Kataloniya klubuna yaxınlığı ilə tanınan "El Mundo Deportivo" qəzeti iddia edir ki, "Barselona" mövsümün sonunda Arda Turanla yollarını ayıracaq. Klub türk ulduzu 25 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. "Qalatasaray"ın isə bu məbləği ödəyəcək gücü yoxdur. Bu səbəbdən İstanbul klubu Ardanı icarəyə götürmək istəyir.

İddialara görə, "Qalatasaray" rəsmiləri artıq futbolçu ilə görüşərək razılıq əldə edib. İndi qalıb "Barselona"nı bu təklifə razı salmaq.

Arda Turan hər zaman "Qalatasaray"lı olaraq qalacağını dəfələrlə açıqlayıb. İndi isə o, "Qalatasaray" mənim sevgimdir" dediyi kluba dönmək niyyətindədir. Hətta o, bir neçə gün əvvəl "Qalatasaray" liseyində qatıldığı bir tədbirdə "Həqiqətən "Qalatasaray"a faydalı olacağımı düşünürəm" deməklə dönüş siqnalı vermişdi.

Qeyd edək ki, "Qalatasaray" Arda Turanı 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satıb. 4 il sonra "Barselona"nın 34 milyon avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 28 milyon qiymət qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR