“Azəriqaz” İB “ASAN Xidmət" vasitəsilə 40 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” İB “ASAN Xidmət" vasitəsilə 40 minə yaxın istehlakçıya xidmət edib
16:52 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
“Report”a “Azəriqaz”dan verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Komunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə 39 973 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”, -deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-i-b-asan-xidmet-vasitesi-ile-40-mine-yaxin-istehlakciya-xidmet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR