Heydər Əliyev Sarayında ümummilli liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım tədbiri

Heydər Əliyev Sarayında ümummilli liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım tədbiri
16:52 10 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım tədbiri keçirilib.

Milli.Az bildirir ki, tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin, məhz görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Fərhad Babayev ümummilli liderin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartmasındakı xüsusi rolunu qeyd edib və geniş məlumat verib.

Mərasim iştirakçıları ulu öndəri dərin hörmət və ehtiramla yad ediblər. İştirakçılar ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış ediblər.

Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR