Astarada oğlu tərəfindən bıçaqlanan 76 yaşlı kişi ölüb

Astarada oğlu tərəfindən bıçaqlanan 76 yaşlı kişi ölüb
16:57 10 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara. 10 may. REPORT.AZ/ Astarada oğlu tərəfindən bıçaqlanan 76 yaşlı kişi ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, iki gün əvvəl - may ayının 8-də Astara şəhəri Nizami küçəsində oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri yetirilən, sonra qarın nahiyəsindən bıçaqlanan Dadaşov Fərhad Xəlil oğlu həkimlərin səyinə baxmayaraq bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 
Qeyd edək ki, hadisə ata-oğul arasında pul üstündə baş vermişdi. Belə ki, yaxınlarının deməsinə görə 76 yaşlı F.Xəlilovun oğlu ondan pensiya kartını tələb edib. Lakin, istədiyini əldə edə bilməyəndə atasını döyüb, onun sifət və baş nahiyələrinə zərbələr endirib. Bıçaqla onun qarnına xəsarət yetirrib. Atasını bıçaqlayan Xəlil Dadaşovun əvvəllər məhkumluq həyatı yaşadığı, spirtli içki və narkotik vasitələrin istifadəçisi olduğu, buna oxşar hadisələrin bundan əvvəl də baş verdiyi söylənilir. O,  saxlanılaraq istintaqa təhvil verilib. 
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-oglu-terefinden-bicaqlanan-76-yasli-kisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR