Tramp Ərdoğanı pərt etdi - Türkiyənin cavabı maraq doğurur

Tramp Ərdoğanı pərt etdi - Türkiyənin cavabı maraq doğurur
16:57 10 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Ağ Evdə qəbul etməyə hazırlaşarkən qonağını pərt vəziyyətdə qoyub".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Tramp administrasiyası Suriyadakı silahlı kürdlərə ağır silahlar verəcəyini (bəlkə də çoxdan göndərməyə başlayıblar) açıqlamaqla Ərdoğanı fakt qarşısında qoyub. Onun fikrincə, belə vəziyyətdə Ərdoğanın iki alternativi var: "Türkiyə prezidenti belə vəziyyətdə ya bu səfəri təxirə salmalı, ya da Ağ Evdə Trampa izah etməlidir ki, kürdlərə silah vermək Türkiyə üçün təhdiddir.

Ərdoğan Trampla görüşdən imtina etməyəcək, Ağ Ev sahibi isə Ərdoğanın xəbərdarlığını qulaqardına vuracaq. Qərar verilib və silahlar kürdlərə daşınır".
 

E.Şahinoğlunun qənaətincə, Ərdoğan yaxın gələcəkdə öz emissarlarını Suriyadakı silahlı kürdlərin liderləri ilə danışıqlara göndərəcək: "Vaxtilə Ərdoğan İraqdakı peşmərgələrin lideri Məsud Barzaniyə də mənfi yanaşırdı. İndi isə Bərzani Ankarada yüksək səviyyədə qəbul olunur. Halbuki, o açıq bəyan edib ki, İraqın şimalında Kürdüstan dövləti yaradacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR