Yollarda sıxlıq varmı?

“İslam Oyunları ilə bağlı hər hansı bir gərginlik, sıxlıq müşahidə olunmur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, İslam Oyunlarının rəsmi açılış və bağlanış günləri, mayın 12-si və 22-si tarixlərində müəyyən küçə və prospektlərdə günün ikinci yarısından sonra nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Şəhərdaxili kənd və qəsəbələrdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə gələn avtobuslar müxtəlif metro stansiyalarına yönləndiriləcək. Buna misal olaraq, Mərdəkan, Qala, Pirallahı istiqamətindən Binə istiqamətinə gələn avtobuslar Hava limanı yolu, Beton yol, Zığ dairəsindən “Həzi Aslanov” metro stansiyasına yönləndiriləcək.

Zabrat, Maştağa, eyni zamanda Pişağı, Məhəmmədi istiqamətindən gələn avtobuslar müvafiq olaraq Bakıxanov Dəmiryolu Stansiyasından keçməklə, “Qara Qarayev” və “Neftçilər” metro stansiyasına istiqamətləndiriləcək. “Hava limanı - 28 may” ekspress xətt avtobusu isə Beton yolundan istifadə etməklə hava limanına gedə biləcək.

Bakı Nəqliyyat Agentliyi oyunların nəqliyyat tədbirlərini həyata keçirərkən, digər qurumlarla işini kordinasiyalı şəkildə qurub.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR