AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfə üstələyib

AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfə üstələyib
17:02 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100956S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 5 investor 5 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 75 253 700 manat olub.
Sifarişlər 98,8696 manat (14,6998%) – 99,0448 manat (12,3995%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,9305 manat (13,8993%), orta ölçülmüş qiyməti 98,9944 manat (13,0604%) olmaqla AMB tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar artıq həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 7 iyun 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-notlari-ile-bagli-herracda-teleb-teklifi-3-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR