UNEC-də Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib

UNEC-də Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib
17:04 10 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə UNEC-in 94 nəfər əməkdaş və tələbəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olub.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in YAP sıralarına yeni qəbil olunan əməkdaş və tələbələrinin üzvlük vəsiqələri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı keçirilən tədbirdə təqdim edilib. Daha 94 nəfər əməkdaş və tələbə isə Heydər Əliyevin ideyalarına və prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmaq məqsədilə partiya üzvlüyünə daxil olmaq üçün müraciət edib.

 

Qeyd edək ki, YAP UNEC Ərazi İlk Partiya Təşkilatı 1993-cü ilin yanvar ayında yaranıb. Təşkilat respublikada kəmiyyət və keyfiyyət göstəricilərinə görə, eləcə də səmərəli fəaliyyəti ilə seçilən ilk ərazi təşkilatlarından biridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR