ARB TV-nin 3 yaşı tamam olur

ARB TV-nin 3 yaşı tamam olur
17:07 10 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu gün ARB TV-nin fəaliyyətə başlamasından 3 il ötür.
ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov "Report"a bildirib ki, bu televiziya kanalı "Region" TV brendi ilə 2014-cü ilin may ayının 10-da ümumrespublika üzrə efirə çıxıb: "Televiziyamız 2014-cü ildə Milli Televiya və Radio Şurasının elan etdiyi tenderin qalibi oldu. Həmin vaxt telekanalın tərkibində 6 region telekanalı var idi. İki ildən artıq müddətdə "Region TV" adı altında fəaliyyət göstərdik. Bizim üzərimizə region həyatını daha geniş işıqlandırmaqla bağlı öhdəliklər qoyulmuşdu. Bu işlərin hamısının öhdəsindən gəldik. 2016-cı ilin sentyabr ayında qərar verdik ki, televiziyanın adını dəyişək və yeni efir brendi ilə tamaşaçıların qarşısına çıxaq. Beləliklə, 2016-cı ilin sentyabrın 19-dan etibarən "Region TV" adını dəyişərək "ARB TV" oldu. Bununla bağlı olaraq bizim media tərəfdaşlarımız olan regional telekanallar da adlarını ARB brendinə uyğunlaşdırdı. ARB TV-nin yayım siyasətinin əsasını sosial yönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları təşkil edir. ARB TV-ni bütün ölkə ərazisində açıq yayımda izləmək mümkündür. Telekanal kabel televiziya operatorları vasitəsilə və peyk üzərindən də yayımlanmaqdadır".
Televiziyanın gələcək perspektivlərindən söz açan İ.Həsənov qeyd edib ki, iyun ayının sonu televiziya mövsümü bitir, yeniliklər sentyabr ayına hədəflənib: "Sentyabra müxtəlif layihələr, formatların hazırlanması düşünülür. Təbii ki, uğursuz tərəflərimizi düzətməyə, dinamik inkişaf etməyə çalışacağıq".
Qeyd edək ki, "ARB MEDİA QRUP" tərkibində ümumilikdə 9 telekanal var. Bu siyahıya 1 ümumrespublika yayımçısı - "ARB TV", 5 bölgə televiziyası - "ARB Kəpəz", "ARB Şəki", "ARB Aran", "ARB Şimal", "ARB Cənub", peykdə yayımlanan 3 tematik telekanal - "ARB 24", "ARB Günəş", "ARB Ulduz" və 1 radio kanalı "Kəpəz FM" daxildir.
"Report" İnformasiya Agentliyinin kollektivi ARB TV-də çalışan həmkarlarını, bu televiziya kanalının rəhbərliyini təbrik edir, onlara möhkəm can sağlığı və müvəffəqiyyətlər arzulayır!

Xəbərin orijinal ünvanı: https://report.az/media/arb-tv-nin-3-yasi-tamam-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR