Biləsuvarda 3 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb

Biləsuvarda 3 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb
17:07 10 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 10 bmay. REPORT.AZ/ Biləsuvar rayonunda üç yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu cərayan vurması nəticəsində ölüb.
Uşağın yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, o, həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayərkən elektrik cərayanı vurub. 
Uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-3-yasli-usaq-elektrik-cerayani-vurmasi-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR