İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb

İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb
17:12 10 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət yığma komandası 2-ci turun oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Özbəkistan millisi olub.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 47:21. İlk dəqiqələrdən aşkar üstünlüyə yiyələnən Azərbaycan millisi fasiləyə öndə çıxıb - 23:9. Fasilədən sonra isə fərq daha da artıb.
Turun digər oyununda Türkiyə Kamerunu çətinliklə yenib - 33:31 (19:16).
İlk turda isə Azərbaycan Kamerunu 28:26, Türkiyə Özbəkistanı 31:21 hesabı ilə məğlub edib.
Qrupda son turun oyunları mayın 11-də keçiriləcək: Azərbaycan - Türkiyə, Özbəkistan - Kamerun.
Qeyd edək ki, ilk 2 turdan sonra Azərbaycan və Türkiyənin hərəyə 4 xalı var. Özbəkistanla Kamerunun isə xalı yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycanin-qadin-hendbolculardan-ibaret-yigmasi-novbeti-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR