Xarici KİV-lər OANA İcraiyyə Komitəsinin Beyrutda keçirilən iclasını geniş işıqlandırıb - FOTO

Xarici KİV-lər OANA İcraiyyə Komitəsinin Beyrutda keçirilən iclasını geniş işıqlandırıb - FOTO
17:12 10 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xarici kütləvi informasiya vasitələri iclasın işini geniş işıqlandırıb.

Türkiyənin Anadolu, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, Koreya Respublikasının Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Livanın NNA, Monqolustanın MONTSAME agentliklərinin, Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin, Türkiyənin "Haberler" portalının və KİV-lərin yaydıqları informasiyalarda iclasda müzakirə olunan aktual məsələlər barədə ətraflı məlumat verilir. OANA-nın Beyrutda keçirilən iclasının sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri və inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğu diqqətə çatdırılır. Xəbər verilir ki, iclasda dünya mediası qarşısında çağırışlar, müasir şəraitdə medianın inkişaf meyilləri, xəbər istehsalında yeni texnologiyaların tətbiqi, jurnalistika sənətinin müasir media biznesinə transformasiyası, terrorizmə qarşı mübarizədə xəbər agentliklərinin rolu məsələlərinə dair səmərəli müzakirələr aparılıb.

İnformasiyalarda Livanın NNA agentliyinin direktoru xanım Laura Süleymanın, OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun, Livanın informasiya naziri Melhem ər-Riyaşinin, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın, İRNA-nın baş direktoru Məhəmməd Xodadinin, Yonhap-ın prezidenti Park No-hvanqın, BNA-nın baş direktoru Muhənnəd Süleyman ən-Nəiminin, Bernama-nın baş direktoru Datuk Zulkefli Sallehin fikirlərinə yer verilib. Həmçinin iclasda rəqəmsal innovasiya dövründə xəbər agentliklərinin qarşısında duran vəzifələr barədə maraqlı təkliflərin səsləndirildiyi qeyd edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR