Dərbənd adminstrasiyasının rəhbəri Xaçmazda Heydər Əliyevin abidəsini ziyarət edib

Dərbənd adminstrasiyasının rəhbəri Xaçmazda Heydər Əliyevin abidəsini ziyarət edib
17:12 10 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz. 10 may. REPORT.AZ/ Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Dağıstan Respublikası Dərbənd şəhər adminstrasiyasının rəhbəri Maqomed Xəlilov Xaçmaz rayonuna gəlib.
"Report"un Şimal bürosunun məlumatına görə, 22 nəfərlik nümayəndə heyəti ilə Xaçmaza gələn M.Xəlilovu Samur Sərhəd Keçid Məntəqəsində Xaçmaz rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şəmsəddin Xanbabayev və digər rəsmilər qarşılayıb. 
M.Xəlilov və onun başçılıq etdiyi nümayəndə heyəti Xaçmaz rayonunda ulu öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinə, Şəxsiyyətlər Muzeyinə, Çənlibel parkına və rayonun digər görməli yerlərinə baş çəkiblər. 
M.Xalilov Heydər Əliyevin adının Dağıstanda hörmətlə anıldığını bildirib və qeyd edib ki, Azərbaycan - Dağıstan əlaqələrinin möhkəm təməli hələ ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub.  
O, əlavə edib ki,  Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev indi onun təməlini, qoyduğu əlaqələri uğurla davam etdirir:  "Bu gün Azərbaycanın Dağıstanda həyata keçirdiyi bir sıra iqtisadi layihələr də Heydər Əliyevin xidmətlərinin bəhrəsidir". 






Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/derbend-adminstrasiyasinin-rehberi-xacmazda-heyder-eliyevin-abidesini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR