Kim gəlir, kim gedir?

Kim gəlir, kim gedir?
17:12 10 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.

Klublar ilk növbədə heyətlərində "təmizlik işləri" aparmaqla məşğuldular. Təsadüfi deyil ki, hələlik təkcə "Qarabağ" heç bir oyunçu ilə yollarını ayırmayıb.
 
Transfer fəaliyyətinə ən sürətli start götürən komanda "Sumqayıt"dı. Transfer qadağası olan "İnter"lə yanaşı, "Qəbələ", "Zirə" və "Kəpəz" isə heç kimi heyətə cəlb etməyiblər.
 
"Qarabağ"
Gələn: Abbas Hüseynov ("İnter")
Gedən: İlyas Səfərzadə ("Kəpəz")
Müqavilə müddətini artıran: yoxdu
 
"Qəbələ"
Gələn: yoxdur
Gedənlər: Teo Uiks ("Ermis": icarə müddəti başa çatıb)
Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov
 
"İnter"
Gələn: yoxdur
Gedənlər: Abbas Hüseynov ("Qarabağ"), Səlahət Ağayev ("Neftçi")
Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı
 
"Zirə"
Gələn: yoxdur
Gedənlər: Cavid Tağıyev ("Sumqayıt"), Migel Lorenzo ("Vitoriya", Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov, Yamin Ağakərimzadə
Müqavilə müddətini artıranlar: Elvin Məmmədov, Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev
 
"Kəpəz"
Gələnlər: İlyas Səfərzadə ("Qarabağ"), Kamran Abdullazadə ("Sumqayıt"), İlkin Sadıqov ("Turan Tovuz")
Gedənlər: Tural Axundov ("Sumqayıt"), Dario Federiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov
Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov, Tural Rzayev
 
"Sumqayıt"
Gələnlər: Tural Axundov ("Kəpəz"), Cavid İmamverdiyev ("Neftçi"), Cavid Tağıyev ("Zirə"), Kamal Mirzəyev (AZAL)
Gedənlər: Mirabdulla Abbasov ("Neftçi": icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Məhəmməd Qurbanov
Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 
"Neftçi"
Gələnlər: Səlahət Ağayev ("İnter"), Mirabdulla Abbasov ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Cavid İmamverdiyev ("Sumqayıt"), Mahir Şükürov (karyerasını bitirib), Jairo Rodriges, Maksim Vaylo, Kamal Qurbanov, Murad Ağayev
Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR