"Ermənilərlə məxfi əməkdaşlıq edən qrupun ifşasında "Mossad"ın rolu olmayıb" - RƏSMİ

"Ermənilərlə məxfi əməkdaşlıq edən qrupun ifşasında "Mossad"ın rolu olmayıb" - RƏSMİ
17:24 10 May 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb".

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.

 

"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub", - deyə mətbuat xidmətindən bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR