Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər
17:27 10 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Qəbələ İdman Klubunun cüdoçuları ilə görüş keçiriblər. 
“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulanaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açılıb.
Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qəbələ, İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.













Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudo-federasiyasinin-resmileri-qebelede-gorus-keciribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR