Neftçilər Xəstəxanasında keçirilən "Check-up müayinələri"ndə 719 nəfər iştirak edib

Neftçilər Xəstəxanasında keçirilən "Check-up müayinələri"ndə 719 nəfər iştirak edib
17:43 10 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən "Check-up müayinələri" aksiyasında iştirak etmək üçün 719 nəfər müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bunlardan 135 nəfər kardioloq, 117 nəfər nevropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotoloq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlanıblar.

Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR