Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3 mlrd. dollardan çox artıb

Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3 mlrd. dollardan çox artıb
17:47 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3,091 mlrd. ABŞ dolları artaraq bu il mayın 1-nə 400,998 mlrd. dollar təşkil edib.
Bu barədə “Report” Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.
Xatırladaq ki, Rusiyanın ehtiyatları ötən ildən artmağa başlayıb. Bu rəqəm 2016-cı ildə 9,432 mlrd. dollar və yaxud 2,5% artaraq 368,399 mlrd. dollar olub. Halbuki, 2015-ci ildə ehtiyatların həcmində 4,5% azalma baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-beynelxalq-ehtiyatlari-oten-ay-3-mlrd-dollardan-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR