"Səbail" yeni baş məşqçi ilə müqavilə bağladı - FOTOLAR

"Səbail" yeni baş məşqçi ilə müqavilə bağladı -   FOTOLAR
18:07 10 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. 


Klubdan Fanat.Az-a verilən məlumata görə, "Səbail" klubunun ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar klub tərəfindən ünvanlanmış müraciət AFFA tərəfindən müsbət cavablandırııb.


I divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. S.Əliyevin anlaşması 3 illik müddəti əhatə edir.


İclasa dəvət olunan gənc mütəxəssis göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.


Buna qədər "Səbail"in baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquot-yeni-ba-mqci-il-muqavil-balad-t57981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR