Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazandı - FOTOLAR

Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazandı   - FOTOLAR
18:07 10 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 


35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.


U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.


Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir. ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadqov-ba-mqci-kimi-ilk-titulunu-qazand-t57980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR