Prokuror qəzada həlak oldu: Uşaqlarına yazdığı vəsiyyət hər kəsi ağlatdı - VİDEO - FOTO

Prokuror qəzada həlak oldu: Uşaqlarına yazdığı vəsiyyət hər kəsi ağlatdı - VİDEO - FOTO
18:12 10 May 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Dənizli Respublika Baş prokuroru Mustafa Alperin içində olduğu minik avtomobili yük maşını ilə toqquşub. Qəzada Mustafa Alper və sürücüsünün öldüyü, bir mühafizəçisinin isə ağır yaralandığı deyilir. Qəzadan sonra qaçan yük maşınının sürücüsü tutularaq nəzarətə alınıb.

Digər yandan dünyasını dəyişən Dənizli Respublika Baş prokuroru Mustafa Alperin 15 iyul günü Dənizlidə çevriliş cəhdini dayandıran şəxslərdən olduğu ortaya çıxıb. Alperin çevriliş cəhdini eşidər-eşitməz Dənizlidəki məsuliyyəti boynuna alaraq briqada komandiri üçün həbs qərarı verdiyi və xeyli sayda FETÖ əməliyyatı ilə əlaqədar istintaq prosesinə rəhbərlik etdiyi bildirilib.

Yük maşını sürücüsü Uğur T. -nin bir müddət əvvəl içkili halda maşın idarə etdiyi üçün 2019-cu ilə qədər sürücülük hüququndan məhrum edildiyi ortaya çıxıb.

Qəza, səhər saatlarında Dənizli-İzmir yolu Bozburun istiqamətində meydana gəlib. 

"Atanızı əsla unutmayın"

Baş prokuror Mustafa Alper ölümündən öncə Dənizlidə yerli jurnallardan birinə müsahibəsi zamanı çevrilişə cəhd gecəsi uşaqları ilə vidalaşdığını etiraf etmişdi:

"Mən bu günə qədər həmişə halal çörək yedim və sizə də halal yedirdim. Dövlətin məktəblərində oxudum. Ölkəmə qarşı sevgi və hörmətimi heç zaman itirmədim. İndi mən gedəcəyəm, geri dönməyə bilərəm. Geri dönmədiyim zaman ananız sizə sahib çıxar. Ananıza bir şey olsa, nənənizə ya da babanıza sığının. Bank kartımı evə qoyuram. 10 il, 20 il, bəlkə 30 il sonra atanızın cənazəsini aparıb Demokratiya Şəhidlər Xiyabanında dəfn edərsiniz. Qorxmayın, atanızı əsla unutmayın. "

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Prokuror qəzada həlak oldu: Uşaqlarına yazdığı vəsiyyət hər kəsi ağlatdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR