Qaradağ rayonunda ümummilli lider Heydər Əliyev anılıb

Qaradağ rayonunda ümummilli lider Heydər Əliyev anılıb
18:15 10 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümummilli liderin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə S.Mikayılov və Şura üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.

Bununla da mərasim sona çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR