Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə etdi - FOTO

Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə etdi - FOTO
18:22 10 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.

U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.

Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR