“Bu, ilanla eyni çuvala girməkdir” - Ankaradan ABŞ-a sərt reaksiya

“Bu, ilanla eyni çuvala girməkdir” - Ankaradan ABŞ-a sərt reaksiya
18:23 10 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

“Bir terror təşkilatından başqa bir terror təşkilatına qarşı istifadə etmək ilanla çuvala girməkdir”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Fikri İşık İstanbulda keçirilən “IDEF 2017” 13-cü Beynəlxalq Müdafiə Sərgisində deyib.

“ABŞ-ın PYD/YPG-yə ağır silahları verməsi bir böhrandır. Bunun bölgəyə və ABŞ-a faydası olmayacaq. Nəticələri isə yalnız bölgə və Türkiyəni təsir etməyəcək, bütün dünyaya təsir edəcək. Türkiyənin oyunu təkbaşına dəyişdirməyə gücü yoxdur, amma maraqlarını müdafiə etməyə gücü var”, - türkiyəli nazir bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən məlumata görə, Rakkada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyət verilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR