Sərxoş sürücünün bir ailəni məhv edən qəzasının görüntüləri - VİDEO

Sərxoş sürücünün bir ailəni məhv edən qəzasının görüntüləri - VİDEO
18:37 10 May 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda baş verən dəhşətli qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə 18 aprel tarixində İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında baş verib. Sayta müraciət edən oxucu qəzaya səbəb olan hərbçinin görüntülərini göndərib.
 
Kadrlardan da aydın olduğu kimi avtomobil qəzasına səbəb olan sürücü içkili vəziyyətdə olub. Sürücüsü avtomobilini bağlanan yoldakı bardürə çıxarıb və nəticədə idarəetməni itirib. Bununla da avtomobil yolun kənarında dayanan digər avtomobilə çırpılıb.
 
Qəza zamanı yolun kənarında dayanan avtomobildə olan 22 yaşlı Səadət Hüseynova dünyasını dəyişib. Avtomobildə olan 1 azyaşlı uşaq və yaşlı qadın isə ağır bədən xəsarətləri alıb. Avtomobilin sürücüsüvə 3 yaşlı oğlu isə qəza zamanı marketdə olduğu üçün xəsarət almayıb. 
 
Hadisədən dərhal sonra qəzaya səbəb olan hərbçi Atamoğlu Cəfərsoy polis əməkdaşları tərəfindən saxlınılıb. Kadrlardan göründüyü kimi hərbçi özünə haqq qazandırır və tez-tez Azərbaycan xalqına xidmət etdiyini vurğulayır.
 
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sərxoş sürücünün bir ailəni məhv edən qəzasının görüntüləri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR