“Azərsun Holdinq” ümumilli liderin xatirəsini silsilə tədbirlərlə anıb

“Azərsun Holdinq” ümumilli liderin xatirəsini silsilə tədbirlərlə anıb
19:15 10 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, ulu öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim “Azərsun” ailəsinin qəlbində yaşayır.

Ümumilli liderin anım tədbirləri çərçivəsində "Azərsun Holdinq"in rəhbərliyi və kollektivi ulu öndərin məzarını ziyarət edərək, əklil qoyub. Ümumilli liderin xatirəsinin yad edilməsi məqsədi ilə daha bir qrup “Azərsun Holdinq” əməkdaşları 3757 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə yürüş həyata keçiriblər. Qeyd edək ki, “Azərsun Holdinq” tərəfindən ulu öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR