Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazandı

Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazandı
19:23 10 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

Publika.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.

U-19 Liqasının bu gün keçirilən 31-ci tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "Qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Bu çempionluq sayəsində "Qarabağ" UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir. (sportnet.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR